XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2018 - 16:54

Ermənistanda əhalinin 30 faizi kasıblıq həddində yaşayır –Rəqəmlər açıqlandı

Ermənistan əhalinin yoxsulluq faizinə görə, regionda ən yüksək göstəricilərə malikdir.

Strateq.az bildirir ki, bu barədə Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan bu gün deyib.

Onun sözlərinə görə, Ermənistan bu il də göstəricilərini yaxşılaşdıra bilməyəcək: “Ölkəmizdə yoxsulluq səviyyəsi 29,4 faizdir. Dövlət bu il də bu göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyəcək”.  

O qeyd edib ki, buna infliyasiyanın artımı imkan vermir: “Hələlik sosial problemlərin həlli əhali üçün hissedilməzdir. Kasıblıq səviyyəsi faktik olaraq dəyişmir, əhalinin 1,9 faizi isə yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”- deyə Makaryan vurğulayıb.