XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

16 Fevral 2018 - 19:55

Əhalinin banklarda əmanəti 7.5 milyard manatı keçib

2018-ci il yanvarın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 561,2 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 66,9 faiz, əhali tərəfindən banklara qoyulmuş əmanətlərin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 20,4 faizdən 33,5 faizədək artıb.Qeyd edək ki, xarici valyutada olan əmanətlər 2017-ci il yanvarın 1-i ilə müqayisədə 15,2 faiz azalıb.