XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 12:57

Nazir:"Ərzaq Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti gücləndirməyə imkan verəcək"

Azərbaycanda Ərzaq Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi:

“Agentliyin yaradılması nəzarəti təkcə bir struktur çərçivəsində təmin etməyə deyil, həm də məhsul üzərində tarladan son istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək”.