XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 15:26

Nazir:"Soğanın qiymətində ciddi artım olacağına inanmıram”

“Soğan hazırda real qiymətini alıb və inanmıram ki, bundan sonra soğanın qiymətində ciddi artım baş versin”.

"Report"xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, 1 kq soğanın maya dəyəri təxminən 32-35 qəpik təşkil edir:

“Əgər müəssisənin sahədən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan təxminən 45-47 qəpiyə satılmalıdır ki, fermerin mənfəət əldə etməsinə şərait yaransın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiyməti, daşımalar, qablaşdırma və. s. marjalar əlavə olunur, eyni zamanda pərakəndə satışda bazarlarda yer almaq və digər xərclər nəzərə alınmalıdır.Bununla da orta hesabla 35 qəpiyə başa gələn soğanın xərcləri 60-70 qəpiyə çatır. Soğanın pərakəndə satış qiyməti də bu civarlardadır”.

Nazir bildirib ki, uzun illər, hətta devalvasiyadan öncə soğanın qiyməti 70 qəpikdən çox yüksək olub: “Amma son 2-3 il ərzində soğanın orta qyməyi 65-70 qəpik arasında tərəddüd edir.Mən deməzdim ki, soğanın qiyməti aşağı düşüb. Soğan özünün real qiymətini alıb. Əgər soğan real qiymətini almasa, bu, soğan istehsalçılarının zərər əldə etməsi və növbəti illərdə bu məhsulun istehsalına diqqət yetirməmələri deməkdir. Belə olarsa, istehsalımız, ixracımız şübhə altına alınır.Bu günkü qiymətləri normal qiymət hesab edirəm və inanmıram ki, bundan sonra ciddi artım baş versin”,-kənd təsərrüfatı naziri qeyd edib

Onun sözlərinə görə, Avopa ölkələrində, eyni zamandə FAO-nun hesablamalarında topdan satış və pərakəndə satış qiymətləri arasında marjalar daxil olmaqla, 60-80% fərqin olması normal hesab olunur. Nazir qəlavə edib ki, əgər 5 il öncə bu fərq 3-4 dəfə idisə, indi 60-65% təşkil edir və bu da Avropa ölkələrində olduğu fərqə bərabərdir.