XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 16:12

Heydər Əsədov:"Ölkənin tələbatını ödəməklə yanaşı, ixracdan da ölkəyə valyuta gəlirləri gətirilməlidir"

Kənd təsərrüfatında ixrac potensialının artırılması bir sıra məhsullar üzrə mümkündür.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, təsdiq olunan proqramlar və bundan sonra təsdiq olunacaq proqramlar göstərir ki, məqsəd 1, 2, 3 məhsul üzrə deyil, bir sıra məhsullar üzrə ixrac potensialını artırmaqdır.

"Bütövlükdə ölkənin tələbatını ödəməklə yanaşı, ixracdan da ölkəyə valyuta gəlirləri gətirilməlidir. Keçən il kənd təsərrüfatı məhsullarının idxalına 715 mln. dollar vəsait sərf etmişik. İxracdan isə 570 mln. dollar gəlir əldə etmişik. İdxal əvvəlki ilə nisbətən 30 mln. dollar artıb, ixrac isə 164 mln. dollar artıb. Bu, il ərzində 100-150 mln. dollar saldonun dəyişməsidir ki, biz idxalı azaldıb, ixracı artırırıq",- deyə nazir vurğulayıb.