XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2018 - 14:54

Kriptovalyuta bazarı dəyişdi –Bitkoin 10 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son ucuzlaşmadan sonra qiymətini artırmaqda davam edir. Növbəti iki həftə ərzində ekspertlər bitkoinin qiymətinin volatil olacağını bildirir.

Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, indi bitkoinin qiyməti 2,81 faiz bahalaşaraq 10,89 min dollar təşkil edib. Alternativ kriptovalyutalar – "Ethereum" 1,46% və ya 947,09 dollaradək, "Ripple" 0,49% (1,14 dollara qədər), "Bitcoin Cash" isə 1,69% (1,527 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 496,59 milyard dollar təşkil edir. Bu göstəricinin 34 faizi bitkoinin payına düşür.