XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 19:33

Azərbaycanın xarici ticarət tərəfdaşları hansı ölkələrdir?–SİYAHI   

Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ilin yanvarında əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 17,24 faizi həcmində göstərilir.

Rusiya 9,49 faizlə ikinci, İsrail 8,04 faizlə üçüncü, Türkiyə 7,2 faizlə dördüncüdür. Almaniya və ABŞ-la ticarət ümumi dövriyyənin 5,61 faizi həcmində rəsmiləşib. İxracda əsas ölkə İtaliyadır: 26,98 faiz. İdxalda isə Rusiya birincidir: 18,28 faiz. Hesabata görə, ixracın 4,63 faizi MDB ölkələrinin, 51,53 faizi Avropa İttifaqı ölkələrinin, 43,84 faizi digər ölkələrin payına düşür.

İdxalda MDB-nin payı 36,14 faiz, Avropa İttifaqının payı 20,36 faiz, digər ölkələrin payı 43,5 faizdir.