XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 12:02

“282.6 milyon əsas, 81.8 milyon manat isə sanksiya borcu yaranıb” –Nazir müavini

“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün hazırlanıb. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə keçirilən iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.

Qeyd edək ki, bu borcların silinməsi ilə bağlı qanun layihəsi parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.