XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2018 - 21:20

Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq –May ayından etibarən

Çexiyanın "Tatra" yük maşınlarının Azərbaycanda yığılması 2018-ci ilin mayında başlayacaq.

Bunu Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka deyib.

O qeyd edib ki, may ayında bu prosesin işə salınmasında iştirak etmək üçün Çexiyanın sənaye naziri Tomaş Ginerin Azərbaycana səfəri nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl səfir Azərbaycanda istehsal olunan "Tatra" yük maşınlarının xaricə ixrac ediləcəyini bildirmişdi/Trend.