XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

26 Fevral 2018 - 10:50

Xaricdən ölkəmizə pul göndərən vətəndaşların sayı  artıb –Ötən il Azərbaycana nə qədər vəsait daxil olub?

Sürətli pul köçürmələri sistemi vasitəsilə Azərbaycana daxil olan vəsaitlərin həcmi 2014-cü ilin səviyyəsinə çatmaq üzrədir. FED.az xəbər verir ki, 2018-c il yanvarın 1-nə olan məlumata görə, sürətli pul köçürmə sistemi ilə Azərbaycana daxil olan vəsaitin həcmi 1 miyard 81 milyon manat olub.

 Ümumilikdə xaricdən sürətli pul köçürmə sistemləri ilə banka daxilolmaların sayı 2 milyon 568 min ədəd olub. Beləliklə, hesabladıqda bir ödənişin həcmi təxminən 680 manat təşkil edir.

Azərbaycan banklarının isə bu sistem vasitəsilə kənara ödənişlərin məbləği isə yanvar ayında 50 milyon manat olub. Ümumilikdə isə bir il ərzində sürətli pul köçürmələri ilə xaricə 628 milyon manat təşkil edib. Rəqəmlərdə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi 9 milyon manat artım müşahidə olunub. Bir pul köçürmənin məbləği isə 615 manat təşkil edib.