XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2018 - 10:52

“3 illik fasilədən sonra Azərbaycanın dövlət büdcəsində qalıq yaranacaq” –"Fitch"dən proqnoz

"Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, 3 illik fasilədən sonra ilk dəfə bu il Azərbaycanın dövlət büdcəsində ümumi daxili məhsulun (ÜDM) 0,6%-i qədər qalıq yaranacaq. 

Bunu Bakıda keçirilən konfransda agentliyin inkişaf etməkdə olan suveren Avropa ölkələri üzrə direktoru Ameliye Rou (Amelie Roux) deyib.

O, buna səbəb kimi büdcə xərclərinin ötən illə müqayisədə ÜDM-in 1,8%-i qədər azalmasını göstərib: "2017-ci ildə büdcə xərcləri ÜDM-in 35,1%-ni təşkil edirdisə, 2018-ci ildə bu göstəricinin 33,3% olması proqnozlaşdırılır. Bu il və gələn il büdcə gəlirlərinin ÜDM-ə nisbətdə eyni səviyyədə (33,8%) olması gözlənilir. 2019-cu ildə isə büdcə xərclərinin 2 faiz bəndi azalaraq 31,3%-ə düşməsi proqnozlaşdırılır". 

Report