XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 23:11

Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artıb –Açıqlama

2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.

Məlumata görə, bunu "Aqrar İqtisadiyyat İnstitutu" Milli Elmi Mərkəzinin direktoru, Ukrayna Milli Aqrar Elmlər Akademiyasının müxbir üzvü Nikolay Puqaçev deyib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycan Ukraynadan ət məhsullarının idxalı üzrə beşliyə daxil olub.

İlk yerdə Niderland (80,5 milyon dollar), ikinci – Misir (69,4 milyon dollar), üçüncü – İraq (51,2 milyon dollar), dördüncü sırada isə Belarus (49,6 milyon dollar) qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsi ötən il 810 milyon dollar təşkil edib. Bunun yarıdan çoxu Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşür – 460 milyon dollar. (Trend)