XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 18:36

“Azercell ” satıldı –Şirkətin yeni sahibi kimdir?

Azərbaycanın ən böyük mobil operatorlarından biri olan “Azercell Telekom” MMC satılıb.

Şirkətin ən böyük səhmdarlarından biri olan "TeliaSonera"-nın holdinqdəki səhmləri Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əldə edilib.

Məlumata əsasən, şirkətin idarə heyətinin sədri və baş icraçı direktorunun  Azərbaycandan təyin olunacağı gözlənilir.

Qeyd edək ki, “Azercell Telekom” MMC  1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Hazırda bu mobil operatorun 4,5 milyondan çox abunəçisi var.

Azercell-in əsas təsisçisi – İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 milyondan çox əhaliyə xidmət göstərən Telia Company şirkətidir.

İnsider.az