XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2018 - 15:19

Beynəlxalq Bankın 2 milyard dollardan çox borcunu dövlət öz üzərinə götürüb –Hesabat

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinin növbəti mərhələsi olaraq, 2017-ci il iyulun 18-də başa çatan səsvermə nəticəsində öhdəliklərin 93,9%-nə sahib olan kreditorlar bankın kreditorlar qarşısında xarici valyutada öhdəliklərinin 2 mlrd. 265,9 mln. dollar məbləğində hissəsinin dövlət öhdəlikləri ilə əvəz edilməsinin xeyrinə səs verib.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda bildirilir ki, səsvermənin nəticələri həm kreditorlar, həm də bank üçün məcburi xarakter daşımaqla yanaşı, bankın kreditorlar qarşısında öhdəliklərinin dövlətin üzərinə ötürülməsi üçün Azərbaycan Respublikası tərəfindən kreditorların xeyrinə 2 mlrd. 265,9 mln. dollar məbləğində xarici valyutada dövlət qiymətli kağızlarının (istiqrazlareının) emissiyasını nəzərdə tutub. Bununla əlaqədar olaraq “2017-ci il dövlət büdcəsi haqqında” qanuna xarici dövlət borclanmasının yuxarı həddinin (limitinin) 4,5 mlrd. manat məbləğinədək artırılması barədə düzəliş edilib. Yeni xarici borclanma limiti bankın xarici kreditorlar qarşısında öhdəliklərinin tənzimlənməsinə dair könüllü restrukturizasiya planına uyğun olaraq hökumətə 2 mlrd. 265,9 mln. dollar məbləğində xarici valyutada denominasiya edilən dövlət istiqrazlarının emissiyasını həyata keçirməyə imkan verib, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici kreditorlar qarşısında öhdəlikləri dövlətin üzərinə keçib. (APA)