XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

05 Mart 2018 - 18:58

Rusiyada məmurlar nə qədər maaş alır? –Federal Xidmət açıqladı

Federal Statistika Xidməti Rusiyanın dövlət orqanlarında orta maaşın 2017-ci ildə necə dəyişdiyini açıqlayıb.

Novator.az bildirir ki, hesabata görə, 2016-cı illə müqayisədə mülki qulluqçuların orta əməkhaqqı 2,7% artaraq 118,8 min rubla çatıb.

Hesabatda qeyd edilir ki, 2017-ci ildə ən çox maaş Hökumət Aparatında verilib. Əməkdaşların orta aylıq maaşı 227 min rubl olub. Prezident Administrasiyası işçilərinin orta aylıq əməkhaqqı 217,5 min rubl göstərilib.

Federasiya Şurasında orta aylıq maaş 180,2 min rubl, Dövlət Dumasında isə 160,5 min rubl təşkil edib.

Hesabata əsasən, 2017-ci ildə Rusiyada orta əməkhaqqı 39 min rubla, federal məmurların əksəriyyətinin yaşadığı paytaxt Moskvada isə 94,9 min rubla bərabər olub.