XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2018 - 23:59

Azərbaycan neftinin qiyməti cüzi qalxdı –0,13 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,11 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,13 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 64,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 60,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,10 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,20 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.