XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

06 Mart 2018 - 11:43

“Mobil operatorları yaxın 3-5 il ərzində çox böyük sınaqlar gözləyir” –İqtisadçıdan şərh

"Mobil operatorları yaxın 3-5 il ərzində çox böyük sınaqlar gözləyir".

Strateq.az xəbəır verir ki, bunu iqtisadçı Samir Əliyev yerli mobil operatorlar və texniki yeniliklər barədə danışarkən deyib.

Ekspertin fikrincə, internetin inkişafı, Votsap, Viber, Tanqo, Teleqram və s. kimi proqramlar və kəşf ediləcək daha üstün əlavələr sonda mobil operatorları lazımsız xidmətə çevirə bilər: “Vaxtilə rəqəmsal kameralar lentlə işləyənləri sıradan çıxardı. Hazırda elektrik və digər maşınlar daxili yanma mühərriki ilə işləyən maşınları sıradan çıxarmağa hazırlaşır. “Elon Mask” yaxın dövrdə dünyanı internetlə tam təmin edəcək. Bunun üçün 110 peyk buraxacaq və ikisini ötən həftə artıq göndərib. Bu baxımdan, elə internet provayderlərini də çətin günlər gözləyir. Ona görə transmilli şirkətlər strategiyalarına dəyişiklik edirlər və dünyada baş verən proseslərə uyğunlaşmağa çalışırlar. Qısası, bütün bu texniki yeniliklər mobil operatorın gələcəyini çətinləşdirir”.