XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 16:03

SOCAR əməkdaşlarının maaşları artırılıb –Hər qadın işçiyə isə 100 manat veriləcək

Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

Bildirilib ki, bundan başqa 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.

Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.