XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 11:57

BP yaxın illərdə neftin qiymətinə dairproqnozunu açıqlayıb

Neftin qiymətinin yaxın bir neçə ildə 50-65 dollar/barel arasında dəyişməsi ən real variant kimi görünür. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla dünyanın nəhəng neft şirkətlərindən biri olan BP-nin rəhbəri Bob Dadli (Bob Dudley) ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında çıxış edib. 

"Neftin qiymətinə dair proqnoz vermək çətindir. Lakin, düşünürəm ki, 50-65 dollar/barel diapazonu müəyyənləşəcək", – o qeyd edib. 

Xatırladaq ki, BP rəhbəri Beynəlxalq Enerji Agentliyi (IEA) kimi neftin gələcək qiyməti ilə bağlı "uzun müddət aşağı" proqnozunu müdafiə edir.