XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 13:29

Azərbaycanda illik inflyasiya 4,7%-ə düşüb –Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrünə nisbətən 4,7% artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu müddətdə ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% artıb.

Aylıq müqayisədə isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% azalıb.

Xatırladaq ki, bu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2017-ci ilin yanvar ayına nisbətən 5,5%, o cümlədən ərzaq məhsullarının qiymətlərində 6,9%, qeyri-ərzaq mallarının qiymətlərində 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,9% artım qeydə alınıb. 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsulları 0,5%, qeyri-ərzaq malları 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,8% ucuzlaşıb.