XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 21:32

Gömrük Komitəsi büdcəyə 445 milyon manatdan çox vəsait daxil edib- Yanvar-fevralda

2018-ci ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 445 milyon 751 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iki ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 118 milyon 453 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 308 milyon 710 min manat, aksizlər üzrə 13 milyon 170 min manat, yol vergisi üzrə isə 5 milyon 417 min manat təşkil edib.