XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 17:43

“Vətəndaşlar əlindəki 6 milyard dolları banka qoymaqdan imtina edir”– Ekspert

 “Son illər ölkənin bank sistemindəki təlatümlərin nəticəsi olaraq, əhali pulunu, əsasən, «balış altında» saxlamağa üstünlük verir. Bu hal əhalinin hələ də bank sektoruna inamının bərpa edilməməsinin əsas göstəricisidir”.

Bu sözləri “Exo” qəzetinə açıqlamasında banklara etimad məsələsini şərh edən ekspert Natiq Cəfərli deyib.

“Vəziyyəti dəyişmək üçün banklar, heç olmasa, uzunmüddətli depozitlərə görə faizləri yüksəltməlidir. Bütün ölkələrdə banklar depozitləri əhali üçün cəlbedici şəkilə salırlar. Bu banklara da, əhaliyə də əlverişlidir. Devalvasiyaya qədər Azərbaycanda depozitlər üzrə faizlər dünyada yüksək səviyyələrdən birində idi. Sonra böhran, bankların problemi yarandı və o zaman çoxları, o cümlədən xaricilər də depozitlərini banklardan çəkdilər, – deyə N.Cəfərli qəzetə bildirib.

Ekspert hesab edir ki, hazırda ölkə banklarında depozitlərə görə aşağı faiz saxlanması risklərdən sığortalanmaq və məzənnənin dəyişə biləcəyi ehtimalı ilə bağlıdır: Banklar necə qazanır? Depozitləri qəbul edir, kreditlər verirlər, son iki ildə isə kreditləşmənin səviyyəsi güclü şəkildə zəifləyib. Beynəlxalq qurumların hesablamalarına görə, hazırda ölkə vətəndaşlarının əlində 6 milyard dollar pul var ki, banklara qoymaqdan imtina edirlər.

Ekspert vurğulayıb ki, əhalinin banklardan kənar gəzməsinin bir səbəbi də qoyulan xarici valyutaya çox aşağı faizlərin verilməsidir. Onun fikrincə, son illər 10-dan çox bankın bağlanması da əhalidə bu sektora inamsızlıq yaradıb.