XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2018 - 22:48

“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur –İşçi Qrupu toplantı keçirib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutub.

ASA-dan verilən məlumata görə, görüş assosiasiyanın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

İpoteka və Zəmanət Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı sığortaçıların Fondla görüş təşkil etməsinin zəruriliyi vurğulanıb. Həmçinin, Qanuna təklif olunan dəyişikliyin edilməməsinin daha məqsədəmüvafiq olacağını əsaslandıran fikirlər və təkliflər irəli sürülüb.

Görüşün yekunu olaraq, məsələ ilə əlaqədar sığortaçıların İpoteka və Zəmanət Fondu ilə ən qısa müddət ərzində görüşünün təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində ipoteka müqaviləsində nəzərdə tutulan hallarda, ipoteka qoyulan əşyanın zədələnmə və ya məhvolma risklərinə qarşı sığorta etdirilməli olduğu tələbi müəyyən edilib. İpoteka və Zəmanət Fondu isə sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış edib/Trend.