XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Mart 2018 - 23:26

Azərbaycan nefti yenə ucuzlaşdı –Son qiymət açıqlandı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,07 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 14-də 60,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 14-də 63,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.