XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 17:27

Bu marketlərdən heç nə almayın! – Siyahı

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Strateq.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda

– N.Tusi küçəsi, 28 ünvanında Ceyhun Şəkərova məxsus mağazada;
– M.Hadi küçəsi, 51M ünvanında “Hakim Holdinq” MMC-yə məxsus “Viktoriya” restoranında;

Qaradağ rayonunda

– Sahil qəsəbəsi, E.Quliyev küçəsində Fəxri Vəliyevə məxsus mağazada;
– Ələt qəsəbəsi, Nizami küçəsində Yaşar Hacəliyevə məxsus mağazada;

Suraxanı rayonunda

– M.Mustafayev küçəsi, 7 ünvanında Qəzənfər Hüseynova məxsus mağazada;
– Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 1 ünvanında Bəxtiyar Məmmədova məxsus mağazada;

Abşeron rayonunda

– Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində Tahirə Abdullayevaya məxsus mağazada;
– Xırdalan şəhəri, 27-ci məhəllədə Ramazan Cəfərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nəsimi rayonunda

– Puşkin küçəsi, 13 ünvanında Zeybulla İsayevə məxsus “İpək yolu” kafesində;

Qaradağ rayonunda

– Puta qəsəbəsində İbrahim Ağayevə məxsus mağazada;

Xətai rayonunda

– X.Məmmədov küçəsi, 4A ünvanında Zaur Ağaverdiyevə məxsus mağazada;

Yasamal rayonunda

– Yeni Yasamal 2, ev 9 ünvanında Elşən Veyisova məxsus mağazada;
Hacıqabul rayonunda
– Bakı-Şirvan yolunda Mikayıl Rüstəmova məxsus “Qədir Xum” restoranında;

Salyan rayonunda

– Qaraçala kəndində Musa Nəbiyevə məxsus mağazada;
İsmayıllı şəhərində
– Ə.Ələkbərzadə küçəsində Xalıq Osmanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Qaradağ rayonunda

– Lökbatan qəsəbəsi, Massiv 2, ev 7 ünvanında Möhübbət Fəttayevə məxsus mağazada;
– Qızıldaş qəsəbəsi, Yeni Massivdə Sehran Məstəliyevə məxsus mağazada;

Suraxanı rayonunda

– Hövsan qəsəbəsi, O.Şabanov küçəsində Asif Bayramova məxsus mağazada;

Nəsimi rayonunda

– A.Mustafayev küçəsi, 21 ünvanında Zamik İsmayılova məxsus mağazada;

Abşeron rayonunda

– Xırdalan şəhərində Təbriz Mirzəyevə və Xanımbacı İsmayılovaya məxsus mağazalarda;
– Məmmədli kəndində Orxan Rəhimova məxsus mağazada;

Qazax şəhərində

– S.Vurğun küçəsi, 55 ünvanında Muxtar Əhmədova məxsus mağazada;

Goranboy rayonunda

– Qaradağlı kəndində Sara Qafarovaya məxsus mağazada;

Hacıqabul şəhərində

– M.Müşfiq küçəsi, 34 ünvanında Nəsib Əskərova məxsus mağazada;

Quba rayonunda

– Digah kəndində Adil Mirzəxanova məxsus mağazada;

İsmayıllı rayonunda

– İsmayıllı kəndində Səfa Kərimova məxsus mağazada;

Lənkəran rayonunda

– Vilvan kəndində Zəka Rəhmanova məxsus mağazada;

Zaqatala şəhərində

– Nizami küçəsində Gülpəri Davudovaya məxsus mağazada;

Tərtər şəhərində

– H.Əliyev prospektində Əhliman Novruzova və İsmayıl Hümmətova məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.