XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

23 Mart 2018 - 11:23

Ekspert:“Dolların uçot dərəcəsinin artması mal-mülk qiymətlərini bahalaşdıracaq”

“Dolların uçot dərəcəsinin daha 0,25 həddində qaldırılması Azərbaycana birbaşa yox, dolayısı ilə təsir edəcək".

İqtisadçı ekspert Nemət Əliyev bunu dolların ABŞ Federal Ehtiyat Sistemi tərəfindən daha 0,25 həddində qaldırmasını şərh edərkən bildirib. N.Əliyev deyir ki, uçot dərəcəsinin qaldırılması mülkiyyətçi tərəfindən verilən qərardır, bu dollarla ifadə edilən mal və mülklərin qiymətinin artması deməkdir. Bu bahalaşma özünü digər valyutalara ixrac əməliyyataları, xidmətlər çərçivəsindəki münasibələrdə göstərəcək: "Azərbaycana gəlincə, isə ölkə daxilində dolların bahalaşması Mərkəzi Bankın qərarına bağlıdır, onun barəsində həra hansı müalhizə irəli yürütmək istəmirəm", – ekspert dolların plkə daxili "taleyi" barədə bildirib.

N.Əliyev deyir ki, Azərbaycan dövləti ixrcı artırmaq istəyir, bu isə indki halda ölkəyə daha çox valyiuta gətirə bilmək fürsətdir: "Amma iqtisadi səhədki neqativ təsirlər ölkəyə daha çox vlayuta cəlb edə bilmək kimi imkanından da üstündən xətt çəkir".

Xatırladaq ki,martın 21-də AB. Federal Ehtiyat Sistemi (FED) dolların uçot dərcəsini 025 səviyyəsində qaldırıb. (Turan)