XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

23 Mart 2018 - 13:20

“Hazırda Azərbaycan özünü cəmi 60% ərzaqla təmin edir”-Ekspert bunu pis göstərici saymır  

 

"Hazırda Azərbaycan özünü cəmi 60% ərzaqla təmin edə bilir, rəsmi məlumatlara görə, bu daha çoxdur. Əgər inkişaf etmiş ölkələrlə müqayisə etsək, bu o qədər də yaxşı nəticə deyil, amma bunu pis saymaq da olmaz. Nəzərə alınmalıdır ki, Azərbaycan kənd təsərrüfatı məhsullarını təkcə idxal etmir, həm də ixrac edir".

Bu sözləri ekspert Natiq Cəfərli ölkənin ərzaq təminatında idxalın üstünlük təşkil etmə səbəblərini “Exo” qəzetinə şərh edərkən deyib.  N.Cəfərliyə görə, idxal-ixrac sahəsində Azərbaycanın ən böyük problemi odur ki, istehsal həcmi kiçik, istehsal üçün yararlı torpaqlar çox azdır: "Beləliklə, ixrac artanda ölkədə kənd təsərrüfatı məhsulları çatışmazlığı yaranır, qiymətlər dərhal bahalaşır. Hazırda Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. dövlətlərdən məhsul idxal edir. Azərbaycan Argentinadan armud idxal edir ki, bəzən yerli məhsullardan ucuz satılır. Belə məqamlar üzərində işləmək lazım gəlir, çünki, bu, yolverilməzdir".

Ekspert bir çox marketlərdə bir neçə adda Azərbaycan çayının satıldığını deyir, amma onları Azərbaycan məhsulları saymağın mümkün olmadığını deyir: "Məsələ budur ki, yerli məhsulun müəyyən marka ilə istehsalı hələ o demək deyil ki, bütün xammal da ölkədə istehsal olunub. Bəzən belə olur ki, məhsulun adından başqa onu təşkil edən bütün tərkib, hətta qablaşdırılmasına sərf edilən qutu, yapışqanlar belə idxal məhsullarından ibarət olur. Dünyada elə ölkə yoxdur ki, özünü ərzaqla tam təmin etmiş olsun və Azərbaycan da bu mənada istisna deyil. Əgər ölkədə normal rəqabət və yaxşı biznes mühiti olsaydı, problem olmayacaqdı".

Ekspert hesab edir ki, əlverişli biznes mühiti olan yerdə sahibkar öz məhsulunu ixrac etmək üçün qablaşdırma məhsullarını idxal etməyəcəkdi, tələbatını yerli istehsal hesabına ödəyəcəkdi. N.Cəfərli hesab edir ki, bu, maliyyə baxımından da faydalıdır, bu isə dövlət prosesi stimullaşdıranda, vergi və gömrük güzşətləri təqdim edəndə baş tutur.

Müəllif isə rəsmi statistikaya bəzi göstəriciləri xatırladır ki, 2017-ci ildə ölkədə 6,58 milyard manatlıq kənd təsərrüfatı məhsulu isthesal edilib ki, bu 2016-cı il ilə müqayisədə 4,2% çoxdur. 2018-ci ilin nəticələrinə görə, Azərbaycan məhsullarının ixracı 234 milyon dollar və ya 29,1%, idxal isə 238 milyon dollar və ya 52,8% artıb. Dünya bazarında neftin qiymətinin yüksəlməsi ixracda onun xüsusi çəkisini artırıb, belə ki, 2018-ci ilin yanvarında 874 milyon dollarlıq (84,2%) xam neft, 22,7 milyon dollarlıq təbii qaz (2,19%), 34,8 milyon dollarlıq (3,36%) meyvə-tərəvəz ixrac edilib. İdxalda isə əsas yeri 151.1 milyon dollarlıq (21,94%) olmaqla aparıcı dünya istehsalçılarından avadanlıqlar alınması tutub.