XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

23 Mart 2018 - 23:27

Azərbaycan nefti ucuzlaşıb –Qiymətlər

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 70,74 dollar/barel təşkil edib ki, bu da daha martın 21-ə olan göstəricidən 0,06 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 70,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 65,8 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 68,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.