XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2018 - 10:52

Kərə yağı xaricdən ölkəyə hansı qiymətə gətirilir? –Statistika Komitəsi açıqladı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9 milyon 876,09 min ABŞ dolları dəyərində 1705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında qeyd olunub. Başqa sözlə, Azərbaycana xaricdən gətirilən yağın bir kiloqramı 5,8 dollardır. 

Bu göstərici həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 702,91 ton az, məbləğ baxımından isə illik nisbətdə 1392,28 min dollar çoxdur. Ötən ilin eyni dövründə Azərbaycana 8 milyon 483,81 min dollar dəyərində 2408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Yəni ötən il Azərbaycana xaricdən gətirilən yağın bir kiloqramı 3,5 dollar olub.