XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2018 - 14:56

40 obyekt və torpaq sahəsi özəlləşdirildi –Komitədə hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti hərrac keçirib.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, bugünkü hərracda 40 dövlər əmlak özəlləşdirilib.

Bildirilib ki, 40 dövlət əmlakının özəlləşdirilməsinə 47 sifariş verilib: "Sifarişlərdən 7-si isə elektron qaydada verilib. Budəfəki hərraca iki investor onlayn qoşularaq iştirak edib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradıb. Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 7-i kiçik dövlət müəssisəsi, 21-i qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir".

Məlumata görə, Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edib:

"Həmin əmlaka 4 sifariş verilib. Hərrac zamanı alıcıların təklifləri ard-arda səsləndirilib. Rəqabət nəticəsində ilkin start qiyməti 20 min olan obyektə edilən təklif 150 min manatadək yüksəlib. Başqa sözlə edilən təklif əmlakın ilkin start qiymətindən 7 dəfə çoxdur. Bu əmlakın hərracında alıcılardan biri onlayn şəkildə qoşulmuşdur.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Nəsimi və Sabunçu rayonunda, Hacıqabul, Tovuz, Masallı, Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kv.m olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa, Şəkidə özəlləşən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 220 kv.m dən çox, torpaq sahəsi isə 270 kv.m-ə yaxındır.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 12-si Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında, digərləri isə Gəncədə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kv.m-ə yaxın olan olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kv.m-ə olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Martın 27-si keçirilən hərracda Bərdə Mexanikləşdirilmiş Dəstə Açıq səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib".