XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 16:50

Dollar yenidən bahalaşa bilər –FED-dən proqnoz

"ABŞ iqtisadiyyatındakı artımın sürəti yaxın zamanlarda proqnozları üstələyə bilər və bu da Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxara bilər". 

"Bloomberg"  xəbər verir ki, bunu FED-in Atlanta şəhəri üzrə rəhbəri Rafael Bostic (Raphael Bostic) deyib. 

O, ABŞ prezidenti Donald Trampın həyata keçirdiyi vergi islahatlarının inflyasiyaya təzyiq yaratmadan istehsal həcmini artıracağını və federal xərclərdəki artımın tələbatı yüksəldəcəyini vurğulayıb. FED rəsmisi 2019-cu illə bağlı qeyri-müəyyənliklərin olduğunu da bildirib.

Bu açıqlamalardan sonra valyuta birjalarında ABŞ dollarının məzənnəsi artmağa başlayıb. Səhər saatlarında 1,2477-yə qalxan USD/EUR nisbəti tədricən 1,2395-ə düşüb. 

"Report"un analitik qrupu sözügedən nisbətin il ərzində 1,2 – 1,265 diapazonunda dalğalanacağını proqnozlaşdırır.