XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2018 - 12:25

SOCAR Türkiyədə 3 milyard dollarlıq investisiya yatıracaq- 3 il ərzində

SOCAR Türkiyədə 3 il ərzində 3 milyard dollarlıq investisiya yatıracaq.

Azərtac “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

O bildirib ki, 2017-ci il SOCAR üçün uğurlu olub. “Petkim” ötən il həm istehsal, həm də gəlir baxımından rekorda imza atıb. 2017-ci ildə “Petkim”in mənfəəti 1,4 milyard türk lirəsinə çatıb. Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və “Star” zavodunun inşası isə davam edir. 2018-ci ildə onların tikintisi başa çatacaq və son 8 ildə davamlı investisiya qoyulan ən böyük layihələr istismara veriləcək.

Z.Qəhrəmanov qeyd edib ki, SOCAR-ın Türkiyədə planlaşdırdığı 19,5 milyard dollarlıq investisiyanın artıq 12,6 milyard dolları sərf olunub. Davam edən layihələr başa çatdıqda bu rəqəm 16,5 milyard dollara çatacaq. Qalan 3 milyard dollar isə 2018, 2019, 2020-ci illərdə yatırılacaq.

“Hazırda yeni layihələr üzərində işləyirik. Bu məsələdə dövlətin də dəstəyi var. 2019-cu ilin əvvəlində yeni investisiya qoyulacaq. 2022-ci ilin sonunda isə yeni bir neft-kimya kompleksinin inşasını başa çatdırmağı planlaşdırırıq”, – deyə Zaur Qəhrəmanov vurğulayıb.