XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Mart 2018 - 16:29

OPEK+ sazişinin müddəti yenə uzadıla bilər- 6 ay

Neft hasilatının azaldılması barədə OPEK+ sazişində iştirak edən bir sıra ölkələr sənədin müddətinin daha altı ay uzadılmasını təklif edib.

Trend-in məlumatına görə, bunu İraqın neft naziri Cabbar əl-Laibi deyib.

Nazir bu təkliflə hansı ölkələrin çıxış etdiyini açıqlamayıb.

Xatırladaq ki, OPEK və bu quruma daxil olmayan ölkələr 2016-cı ilin sonunda Vyanada neft hasilatının azaldılması barədə razılığa gəlmişdi. Sazişin müddəti iki dəfə uzadılıb. Hazırda bu saziş 2018-ci ilin sonunadək qüvvədədir.