ABŞ-da Rusiya aktivlərinin həbs edilməsi imkanları sadəcə beynəlxalq normalara zidd olan soyğundur.
Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov söyləyib.
“Bu, əsl soyğundur. Quldurlar bu cür addım atırlar. Əgər Rusiya aktivləri həbs edilsə, ABŞ-dan beynəlxalq investorlar kütləvi şəkildə gedəcəklər. Bu sırada isə ilk yeri Çindən olan investorlar tutacaq”, – deyə o, bildirib/Axar.az.