XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2018 - 23:46

Azərbaycan neftinin qiyməti ucuzlaşdı –0.52 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,86 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,52 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 70,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 28-də 66,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,55 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 28-də 68,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.