XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 12:48

Vergilər Nazirliyi:"Bəzi sahibkarlar POS-terminal işlətməkdən imtina edir"

"Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var". 

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir: "Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əaas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilikdə baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır".

Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib: "Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik, getməyəcəyik".

Report