XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 18:43

Biləsuvarda xalça istehsalı emalatxanası tikiləcək –Sərəncam

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.