XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 07:37

Hökumət 2-3 min manata «inomarka» maşınlar satır

“BMW 730 Lİ” markalı minik avtomobilinin start qiyməti isə 9339 manatdır

Mayın 12-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Avtosfer.az-ın ƏMDK-ya istinadən yaydığı məlumata görə, hərraca istehsal ili 1981-ci ildən 2006-cı ilə qədər olan 4 maşın çıxarılacaq.

Bunlardan birinin – “BMW 730 Lİ” markalı minik avtomobilinin start qiyməti 9339 manatdır. Maşın 2006-cı ilin buraxılışıdır.

Digər 3 avtomobilin qiyməti isə 2200-2600 manat civarındadır. Söhbət 1981-ci və 1982-ci ilin istehsalı olan “QAZ-14″lərdən (qiymətləri müvafiq olaraq 2522 manat və 2610 manat), eləcə də qəzalı vəziyyətdə olan 2005-ci il buraxılış “Mitsubishi L-200″dən (qiyməti 2246 manat) gedir.

Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vədiqəsi ilə birlikdə mayın 9-na qədər qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.