XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2018 - 15:58

Türkiyəli nazir:"Bakı-Tbilisi-Qars dəmir yolu turizmin inkişafına xidmət edəcək"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu turizmin inkişafına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

O qeyd edib ki, BTQ həm yerli sakinlər, həm də Mərkəzi Asiyadan, xüsusilə də Qazaxıstandan gələn turistlər üçün vacib marşrut olacaq.

Nazir həmçinin əlavə edib ki, 2035-ci ilədək BTQ dəmir yolu ilə yük daşımalarının həcmi 17 milyon tona çatacaq.

O qeyd edib ki, həmin ilədək 3 milyona yaxın sərnişinin daşınacağı gözlənilir.