XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2018 - 15:30

Vaxtı keçmiş kreditlərin məbləği 1,7 milyard manatı keçdi –Mərkəzi Bank açıqlama verdi  

 Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 700,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə 0,3% çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 4,6%, ötən il martın 1-nə nisbətən isə 9,3% artıb.

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,7% təşkil edib. Bu nisbət yanvarın sonuna 14,55%, ötən ilin sonuna 13,8%, ötən il fevralın sonuna isə 9,8% təşkil edib.