Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında əhalinin dollarla olan kreditlərindən danışıb.
O qeyd edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir: “Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər”.
O qeyd edib ki, Mərkəzi Bank uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı və aşağı həddinin müsbət və mənfi 3 faizə endirilməsi barədə qərar qəbul edib. Bu qərar ölkədə makroiqtisadi sabitliyin artırılmasına yönəlib:
“Ötən il inflyasiya birrəqəmli olub. Bu ərzaq məhsullarında 4,5 faiz qeyri- ərzaq məhsulları üzərində 4,3 faiz üzərində olub. Ticarət balansı xidmət balansında 2,2 milyard artıb. Birinci rübdə manatla pul bazası isə 11 faiz artıb”.
Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir: “Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”. (Qafqazinfo)