XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 11:55

Azərbaycan banklarından gözlənilməz addım –Nağd dollar alışı 2 dəfə artırılıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 71,272 mln. ABŞ dollarının xalis alışını həyata keçirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, yanvarda olduğu kimi fevralda da dollar alışı dollar satışını üstələyib. Bundan başqa, əvvəlki ayla müqayisədə alış 2 dəfədən çox artıb.

Hesabata əsasən, fevralda banklar əhalidən 222,427 mln. nağd dollar alıb, əhaliyə 151,155 mln. nağd dollar satıb.

İki ay ərzində isə xalis alış 104,452 mln. dollar, o cümlədən alış 418,095 mln. dollar, satış isə 313,643 mln. dollar təşkil edib/Report.