Bu ildən başlayaraq İran xarici ticarəti yalnız avro ilə aparacaq.
Bu barədə İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib.
Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir: “Amma İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil”.
Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının ABŞ olduğunu bildirib.
Qeyd edək ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşıb/Teleqraf.com.