XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2018 - 23:30

Azərbaycan nefti ucuzlaşıb –Son qiymətlər

 

 CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 73,37 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,11 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 72,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 12-də 67,99 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 12-də 71,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.