XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 17:57

Bitkoin bahalaşdı- 8 min dolları keçdi

Geosiyasi gərginliyin artması, xüsusilə də Qərb koalisiyasının Suriyaya zərbə endirməsi fonunda kriptovalyuta bazarında artım davam edib.

Trend-in məlumatına görə, bitkoinin qiyməti 8 min dollar həddini keçib.

Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 2,55% bahalaşaraq 8,010 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, “Ethereum” 3,76% və ya 514,6 dollaradək, “Ripple” 5,15% (0,64 dollara qədər), “Bitcoin Cash” isə 1,91% (749,16 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 320,806 milyard dollar təşkil edir. Bu göstəricinin 42,4%-ə yaxını bitkoinin payına düşür.