XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2018 - 13:55

İranda dollarla bağlı qərar –Valyuta-dəyişmə məntəqələrinə alıb-satmaq qadağan edildi

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir.