XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2018 - 20:13

Ekspert Əkrəm Həsənov:“Camaatı bank istiqrazları qətiyyən maraqlandırmır”

 

 “Banklar yaxşı anlayırlar ki, onların qiymətli kağızlarına tələbat yoxdur, ona görə də bu kağızları bazara buraxmırlar”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov qiymətli kağızlar bazarının vəziyyətini “Exo” qəzetinə şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda fiziki və hüquqi şəxslər əmindirlər ki, banklar real durumlarını, ödəmələrdən yayınmalarını aksiya sahiblərindən gizlədəcəklər. Odur ki, onların qiymətli kağızlarını az adam alacaq.

Ə.Həsənov deyib ki, ölkə bankları aksiyalar, istiqraz kağızları, depozit sertifikatları buraxa bilər. Amma onun fikrincə, buna səhmdar bankların hüququ çatır. Hüquqşünası bildirib ki, qanunvericiliyə görə, Azərbaycan bankları məcburi səhmdar banklar sayılır. Buna görə onlar da belə qiymətli kağızlar buraxa bilərlər: Amma məsələ budur ki, bu aksiyalar birjalarda dövriyyədə olmur, buna görə də tam anlamda qiymətli kağız sayılmır. Faktiki olaraq isə Azərbaycan bankları səhmdar cəmiyyətlər yox, məhdud məsuliyyətli cəmiyyətlərdir.

Ə.Həsənov deyib ki, istiqrazlar və depozit sertifikatları ölkə əhalisini əsla maraqlandırmır: İstiqraz kağızları almaqdansa əhali öz sərbəst vəsaitlərini banka yatırıb faizlərini almağı daha məqbul sayır. Əmanət sahibi ilə istiqraz sahibinin fərqi orasındadır ki, əmanət sahibi əmanətini istənilən vaxt bankdan götürə bilər, istiqraz sahibi isə istiqrazın bitmə müddətini gözləməlidir.

Ekspertin vurğulamasına görə, bu məsələdə ölkə əhalisini ehtiyatlı olmağa vadar edən səbəblər var. Ə.Həsənov vurğulayıb ki, onlardan birincisi banklara etimadsızlıq, ikincisi isə şəxsin uzun müddətə qoyduğu vəsaiti vaxtından öncə götürə bilməməsidir.