Beynəlxalq Valyuta Fondu (BVF) 2018-2019-cu illərdə Azərbaycanda birrəqəmli inflyasiya proqnozlaşdırır.
Bu, “World Economic Outlook” hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, 2018-ci ildə ölkədə inflyasiya 7 faiz, 2019-cu ildə 6 faiz həcmində gözlənilir.
Qeyd edək ki, BVF 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu isə 1,3 faizdən 2 faizədək yüksəldib.