XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 15:26

Azərbaycanda ÜDM-in həcmi 2,3 faiz artıb- Statistika Komitəsi

2018-ci ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 17,2 milyard manata yaxın təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Adambaşına düşən ÜDM 1755,7 manata bərabər olub.

Birinci rübün yekunlarına əsasən ölkənin qeyri-neft sektorunda istehsal olunan ÜDM 2,9 faiz, neft sektorunda 1,3 faiz artıb.

 

ÜDM-in strukturunun 48,2 faizi (8,28 milyard manat) sənaye sahəsinə, 6,5 faizi (1,1 milyard manat) tikinti sahəsində, 2,7 faizi (454,4 milyon manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşıb.

Məhsul və idxala vergilər ÜDM-nin 6,5 faizini təşkil edib.

Hesabata əsasən, xidmətlər sektorunda istehsal edilmiş ÜDM-nin 10,3 faizi (1,76 milyard manat) nəqliyyat vasitələrinin ticarəti və təmiri, 6,6 faizi (1,1 milyard manat) nəqliyyat və anbar təsərrüfatlarına, 2,6 faizi (467,6 milyon manata yaxın) turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi, 1,6 faizi (278,5 milyon manat) informasiya və kommunikasiya xidmətləri, 15 faizi (2,57 milyard manat) digər xidmət sahələrinin payına düşüb.