“Birnömrəli vəzifə Minsk razılaşmasının icrasıdır”
Almaniya kansleri Angela Merkel bildirib ki, siyasi ziddiyyətlərə baxmayaraq, Rusiya ilə iqtisadi əməkdaşlığı kəsmək istəməzdi.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, o, Berlinlə Moskva arasındakı fikir ayrılıqlarının siyasi diskussiyalarla həll edilməsini zəruri hesab etdiyini vurğulayıb: “Rusiya da daxil olmaqla perspektivdə böyük bir azad ticarət zonasının yaradılmasını görürük”.
Merkel əmin edib ki, AB-nin Moldova və Ukrayna ilə bağladığı assosiativlik sazişi Rusiyaya qarşı yönəlməyib.
O, əlavə edib: “Ard-arda addım atırıq ki, ümumi iqtisadi məkana yaxınlaşaq. Bir dəfə Vladimir Putinin dediyi kimi, Vladivostokdan Lissabona qədər”.
Bununla belə, Merkel Ukrayna münaqişəsinin nizamlanması üzrə Minsk razılaşmasının icrasını birnömrəli vəzifə sayır.